“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionluq yarışı haqqında açıqlama verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis “Liverpul” çempion olacağı təqdirdə, necə reaksiya verəcəyini açıqlayıb:
“Ehtiyacımız olan xalları yığmaq üçün mənim əlimdə sehirli top yoxdur. Mən hər zaman futbolçularıma cədvələ baxmamağı, “Liverpul”un oyun təqvimini izləməməyi tapşırıram. Bu baş verərsə, biz öz oyunlarımızda məğlub olmuş olarıq. “Liverpul”un nə etdiyinə nəzarət edə bilmərik. Çempionluq üçün əlimizdən gələn hər şeyi edəcəyik. “Liverpul” çempion olsa, mən Yurgen Kloppu təbrik edəcəm, çünki onlar buna layiqdirlər. Bizim edə biləcəyimiz isə bütün oyunlarımızda qələbə qazanmaqdır”.
Hazırda 53 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Mançester Siti” “Liverpul”dan 4 xal geridədir.