“Mançester Siti” heyətinə yeni oyunçu cəlb edib.
Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “şəhərlilər” Yaponiyanın “Kavasaki” klubunun müdafiəçisi Ko İtakuranı transfer edib. 21 yaşlı futbolçu ilə müqavilə imzalandıqdan sonra Hollandiyanın “Qroningen” klubuna 18 aylıq icarəyə göndərilib.
Qeyd edək ki, İtakura Yaponiyanın U-21 millisinin üzvüdür.