“Beşiktaş” klubunun futbolçusu Rayan Babelin İngiltərənin “Fulhem” klubuna keçidi rəsmiləşib. 

Offsideplus.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. 32 yaşlı futbolçu yeni klubunda 12 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Babel 2017-ci ilin yayından “Beşiktaş”da oynayırdı.