"Beşiktaş"ın hollandiyalı futbolçusu Rayan Babelin yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, bu mövsüm gözləniləni verməyən futbolçu İngiltərə Premyer Liqasında çıxış edən "Fulhem"ə transfer ediləcək. "Fulhem"in "Beşiktaş"a bu transfer üçün 2 milyon avro ödəyəcəyi və tam anlaşma üçün kiçik detalların qaldığı bildirilib. 

Mövsümün sonunda türk klubu ilə müqaviləsi bitəcək 32 yaşlı yarımmüdafiəçinin transferinin yaxın günlərdə açıqlanacağı gözlənilir.