“Mançester Siti” İngiltərə futbolunda yeni rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Pep Qvardiolanın yetirmələri daxili kubok yarışlarının yarımfinalında ən böyükhesablı qələbənin müəllifi olub. Mançesterlilər Liqa kubokunda “Barton”u 9:0 hesabı ilə yenib.
Bir neçə gün öncə İngiltərə kubokunda “Rotterhem”i 7:0 hesabı ilə məğlub edən Qvardiaolanın komandası ardıcıl iki darmadağına imza atıb. Bunadək İngiltərədə ardıcıl iki dəfə 7 və daha çox qol vuran sonuncu komanda “Lids” olmuşdu. Bu hadisə 52 il öncə - 1967-ci ilə qeydə alınmışdı.