“Mançester Siti”nin baş məşqçisi Enzo Maresca Rayan Çerkini heyətə daxil etməməsinin səbəbini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis bunun intizamla bağlı olmadığını, futbolçunun son günlərdəki məşq performansından narazı qaldığını bildirib:
“Sadəcə, son bir neçə gündə necə məşq etməsi xoşuma gəlmədi. Bu, intizam məsələsi deyil. Hər gün məşqdə necə çalışmağınız çox vacibdir.
Heç nə baş verməyib. Bunu böyütməyin”.


