"Mançester Siti" ciddi sanksiya ilə üzləşə bilər.

Offsideplus.az  xəbər verir ki, bunu UEFA-nın klubların maliyyə nəzarəti üzrə baş müstəntiqi İv Leterm deyib.

O bildirib ki, "Mançester Siti"nin sponsorluq anlaşmalarında saxtakarlığa yol verildiyinə dair iddia var. Leterm məsələ ilə bağlı araşdırma apardıqlarını söyləyib: "Əgər bu məlumat təsdiqini tapsa, klub ciddi sanksiya ilə üzləşəcək. Hətta UEFA-nın turnirlərindən kənarlaşdırıla da bilər".

Qeyd edək ki, bənzər araşdırma PSJ ilə bağlı da aparılır.