“Tottenhem” futbolçusu Tobi Alderveyreldin müqaviləsinin müddətini artırıb.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, belçikalı müdafiəçiylə mövcud müqavilə 2019-cu ilə kimi nəzərdə tutulsa da, sözləşmədə olan, müqavilənin 1 illik artırılması maddəsindən istifadə edildiyi bildirilir. Alderveyreld 2020-ci ilin yayına qədər "Tottenhem"in uğurları üçün çalışacaq.

Alderveyreldlə “Mançester Yunayted” yaxından maraqlanırdı.

29 yaşlı futbolçu 2015-ci ildə “Atletiko”dan London klubuna keçib.