İngiltərənin "Lester" klubu "Qarabağ"ın legioneri ilə maraqlanır.
Offsideplus.az "Haiti Tempo"ya istinadən xəbər verir ki, "Lester" Vild Donald Gerye üçün 5 milyon avro ödəməyə hazırdır. Məlumatda bildirilir ki, müqavilənin detalları barədə razılıq əldə olunsa, Gerye növbəti həftə İngiltərəyə gedib tibbi müayinədən keçəcək.
Gerye ilə maraqlanan klublar arasında EPL-də çıxış edən "Brayton" və Türkiyə Super Liqasında mübarizə aparan "Ərzurumspor" klublarının da adları çəkilir.
Xatırladaq ki, Gerye "Qarabağ"a Türkiyənin "Alanyaspor" klubundan keçib. Haiti yığmasına ənənəvi olaraq dəvət alan futbolçu "Qarabağ"la Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsində çıxış edib. Geryenin "Qarabağ"la müqaviləsi 2020-ci ilə qədərdir.