Ötən il Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçunun adı açıqlanıb.
Offsideplus.az xəbər verir ki, “Sambafoot” tərəfindən aparılan sorğuda “Liverpul”un hücumçusu Roberto Firmino bütün həmyerlilərini qabaqlayıb.
O, səslərin 21,79 faizini toplayıb. 27 yaşlı forvarda “Samba Gold” mükafatı təqdim olunub. Madrid “Real”ının müdafiəçisi Marselo (20,51) 2-ci, və PSJ-nin hücumçusu Neymar (18,67) 3-cü olub.
Qeyd edək ki, Firmino bu mövsüm "Liverpul"un heyətində 27 oyuna 9 qol vurub