“Lester”in futbolçusu Riyad Marezin klubla münaqişəsi davam edir.
Offsideplus.az xəbər verir ki, Marez başqa kluba keçmək istəyinin qarşısı alındığı üçün məşqləri və oyunları boykot edir. Böyük Britaniya Futbolçularının Həmkarlar İttifaqı (PFA) futbolçuya müraciət edərək, köməyini təklif edib.
İttifaq münaqişəni yoluna qoymaq üçün əlcəzairli futbolçu ilə klub rəhbərliyi arasında vasitəçi olmaq niyyətindədi. “Lester” transfer pəncərəsinin bağlandığı son gündə Marezin “Mançester Siti”yə keçidini əngəlləmişdi.
Ondan sonra futbolçu boykota əl atıb. Komanda yoldaşları ona dəstək nümayiş etdirərək, geri qayıtmasını istəsələr də, Marez hələ də klubun bazasına gəlməyib.