“Everton” bir neçə klubun icarə əsasında heyətinə qatmaq istədiyi Cenk Tosunla bağlı qərarını verib.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Everton” 27 yaşlı hücumçunu icarəyə vermək haqqında düşünmür. İngiltərə təmsilçisinin yaxşı təklif gələcəyi təqdirdə, türk futbolçunu satmağa razılaşacağı deyilir.
23 milyon avro qarşılığında “Beşiktaş”dan transfer edilən Cenk, bu mövsüm İngiltərə Premyer Liqasında iştirak etdiyi 14 oyunda 2 qol vurmağı bacarıb.