İngiltərə Premyer Liqasında bombardirlər siyahısında dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, hazırda 18-ci turda keçirilən “Vulverhempton” – “Liverpul” oyununda hesabı açan qonaqların futbolçusu Məhəmməd Salah bu mövsüm vurduğu qolların sayını 11-ə çatdırıb.

Bununla da, misirli hücumçu bombardirlər yarışında ilk pilləyə yüksəlib. O, “Arsenal”ın qabonlu yarımmüdafiəçisi Pyer-Emerik Obameyanqı (10 qol) qabaqlayıb.

Qeyd edək ki, Salah ötən mövsüm 32 qolla Premyer Liqanın ən yaxşı bombardiri olmuşdu.