Joze Mourinyonun “Mançester Yunayed”dəki vəzifəsindən ayrılmasından sonra Pol Poqba başda olmaqla, komandanın bir çox futbolçuları böyük sevinc yaşayıb.
Offsideplus.az “The Sun”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin ayrılığına sevinən Poqba, paltardəyişmə otağında komanda yoldaşlarına “Mənimlə zarafat edə biləcəyini və azarkeşləri mənə qarşı ayağa qaldıra biləcəyini düşünürdü, amma səhv insanla üz-üzə gəldi” deyib.
Mourinyonun keçən il məşqçilər heyətinə daxil etdiyi və qovulmasının ardından 48 saatlığına məşqçi seçilən Maykl Karrik isə “Heç kim klubdan böyük deyil, bu klubun səviyyəsinə çata bilməyən hər bir insan burdan göndərilər” deyərək, əyləncəyə son verib.
Bundan başqa, Poqba Mourinyonun qovulmasından sonra “tvitter”də mənalı baxışlarla baxdığı şəklini paylaşıb, lakin qısa müddət sonra da silib.
Komanda.az