“Mançester Yunayted” futbolçusu Antoni Marsialla bağlı qərarını verib.

Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” fransız forvardın müqaviləsinin müddətini uzadıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Xəbərdə, Marsialla hazırki müqavilə 2019-cu ilə kimi nəzərdə tutulsa da, sözləşmədə olan, müqavilənin 1 illik artırılması maddəsindən istifadə edildiyi bildirilib. Marsial 2020-ci ilin yayına qədər "qırmızı şeytanlar"ın uğurları üçün çalışacaq.

23 yaşlı forvard cari mövsüm İngiltərə Premyer Liqasında 13 matçda iştirak edərək, 7 qol vurub.