"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik "Mançester Siti" ilə derbi qarşılaşması öncəsi azarkeşlərə müraciət edib.

Offsideplus.az xəbər verir ki, o, bunları söyləyib:

"Biz bilirik ki, Mançester derbisi tamamilə xüsusi qarşılaşmadır. "Mançester Yunayted"də belə günlər və belə oyunlar üçün yaşayırlar. Hər mövsümdə bu, çox vacib qarşılaşmadır və əla fürsətdir. Belə oyunlarda iştirak yeni ruh verir və uzun illər yadda qalacaq xatirələr yaradır. Yanvarda, baş məşqçi kimi ilk oyunum zamanı, "Old Trafford"un necə sehrli bir məkan olduğunu gördük, stadionu bürüyən enerji hər kəsi təsirləndirdi. Qayıtdığım gündən bəri sizinlə oyunçular arasında möhtəşəm bir əlaqənin şahidi oluram və ümid edirəm ki, bu gün də bunu yenidən görəcəyik. Enzo Mareskanın rəhbərlik etdiyi "Mançester Siti"yə qarşı oynayarkən, biz öz güclü tərəflərimizə və stadionun yarada biləcəyi atmosferə arxalanmalıyıq. "Old Trafford"da və ondan kənarda göstərdiyiniz davamlı dəstəyə görə sizə təşəkkür edirəm. Hamımız daha bir xüsusi gün arzulayırıq, gəlin bunu birlikdə edək."

Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək oyun "Old Trafford" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.