"Mançester Yunayted"in kapitanı Antonio Valensiya klubunu dəyişməyə hazırlaşır.
Offsideplus.az-ın məlumatına görə, rəhbərlik onunla yeni müqavilə imzalamaq fikrində deyil.
Gələn il "qırmızı şeytanlar"ın heyətində 10-cu ilini keçirəcək 33 yaşlı müdafiəçi görünür, elə bu yubileylə kifayətlənməli olacaq. Bu mövsüm cəmi 6 matçda meydana çıxan Valensiyanın sözləşmə müddəti cari mövsümün sonuna qədərdi. Yayda azad agent olacaq Ekvador millisinin üzvü artıq "Vest Hem"dən təklif alıb.
Qeyd edək ki, Antonio Valensiya "Mançester Yunayted"ə 2009-cu ildə "Uiqan"dan keçib.