"Çelsi"-nın yarımmüdafiəçisi Eden Hazard "Real"a-keçməyə yaxındır.

Offsideplus.az Madridin "Onda Madrid" radiosuna istinadən xəbər verir ki, belçikalı “kral klubu” ilə şəxsi müavilənin şərtlərini artıq razılaşdırıb. 27 yaşlı Hazardın “zadəganlar”la müqaviləsi 2020-də başa çatır. "Çelsi" futbolçuya görə kompensasiya ödəməyə razılaşsa, transfer baş tuta bilr. Londonlular Hazardı 170 milyondan ucuz satmaq niyyətində deyil.