“Mançester Siti” İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə “Uotford”u 2:1 hesabıyla məğlub edib.
Offsideplus.az xəbər verir ki, “şəhərlilər” geridə qalan 15 turda rəqib qapılarına 45 qol vurub və öz qapısında cəmi 7 top görüb. Bu, Premyer Liqada son 125 ilin ən yaxşı göstəricisidir.
Bundan əvvəlki ən yaxşı nəticə “Sanderlend” klubuna məxsus idi. Hazırda İngiltərənin 2-ci liqasında mübarizə aparan klubun 1892/1893 mövsümündə vurulan və buraxılan toplara görə üstünlüyü 39 qol olmuşdu.
"Mançester Siti" hazırda 41 xalla Premyer Liqada vahid liderdir.