“Çelsi” klubunun futbolçusu Sesk Fabreqas haqqında yayılan trasfer xəbərləri barədə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Milan”ın onunla razılaşması xəbərini təkzib edib:

“Milan”la əlaqəli heç kimlə danışmamışam. Açığı yanvar ayında istədiyim komanda ilə razılaşa bilərəm. Bu da bir neçə klubun diqqətini çəkir. Hələlik isə mövsümün sonuna qədər komandada qalacağımı deyə bilərəm”.

Qeyd edək ki, 2014-cü ildən London klubunun formasını geyinən ispaniyalı futbolçu 133 qarşılaşmada 15 qol vurub.