“Mançester Yunayted”in qapıçısı David De Xea komandada qalmağa razılıq verib.
Offsideplus.az xəbər verir ki, İspaniya millisinin qolkiperinin bunun üçün şərtləri var.
28 yaşlı futbolçunun əsas tələbi maaşla bağlıdı. Belə ki, o, əməkhaqqısının ən azı hücumçu Aleksis Sançesin qazancı qədər artırılmasını istəyib. Əgər rəhbərlik ona həftədə 350 min funt-sterlinq məvacib ödəməyə razılıq versə, tezliklə tərəflər arasında yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, “Mançester Yunayted”lə müqavilə müddəti cari mövsümün sonuna qədər olan David De Xea “Yuventus” və PSJ-nin maraq dairəsindədi.