"Mançester Yunayted" "Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemansın transferi üçün rəsmi danışıqları sürətləndirib.

Offsideplus.az xəbər verir ki, hazırda transferin tamamlanması üçün tərəflər arasında intensiv təmaslar davam edir. 29 yaşlı belçikalı yarımmüdafiəçinin özü də karyerasını Mançester təmsilçisində davam etdirməkdə olduqca maraqlıdır.

Bu barədə jurnalist David Ornştayn (David Ornstein) məlumat yayıb.

Eyni zamanda, klubun gündəmində olan digər transfer hədəfi Edersonla bağlı danışıqlar hələlik dondurulub.

Lakin "Mançester Yunayted"in yay transfer pəncərəsinin sonlarına doğru bu variantı yenidən nəzərdən keçirəcəyi gözlənilir.