"Liverpul"un baş məşqçisi Yurqen Klopp Sky Germani-yə verdiyi müsahibədə maraqlı müqayisələr aparıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis tanınmış futbolçular, məşqçilər və liqalara münasibət bildirib. “Ronaldo və Messi? Məncə, müqayisə aparmaq düz deyil. Onların müqayisəsi Çempionlar Liqası ilə İngiltərə Premyer Liqası arasında seçimə bənzəyir. Hər ikisini sevirəm. Amma Messini seçərdim. Xosep Qvardiola ilə Joze Mourinyo məsələsində Qvardiolaya üstünlük verərdim. Hesab edirəm ki, dünyanın ən yaxşı məşqçisidir. Liqalar arasında Premyer Liqa mənim üçün daha önəmlidir. Çünki Liverpool bu turnirin qalibi olmayıb. Əslində, həm ÇL-nin, həm Premyer Liqanın qalibi olmaq ən yaxşı variant olardı”,- Klopp deyib