Legioner problemi yanvarda həll olunacaq
Offsideplus.az İngiltərə Futbol Assosiasiyası Premyer Liqada legioner limitini yanvar ayında azaldacaq. Bu İngiltərənin Avropa İttifaqında qalıb - qalmamasından asılı olmadan həyata keçiriləcək. Legioner sayı 17-dən 13-ə endiriləcək. Bir müddət əvvəl Böyük Britaniya hökuməti ölkənin futbol təşkilatlarından xahiş etmişdi ki, legioner məsələsində ümumi qərar qəbul etsin. Premyer liqada ən çox legioner "Tottenhem"ın və "Mançester Siti"nin heyətindədir - hərəyə 17 futbolçu. "Çelsi" və "Liverpul" xaricdən 16 oyunçu gətirib.