"Mançester Siti" yenə də maliyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur.
Offsideplus.az xəbər verir ki, qanun pozuntuları bir neçə il bundan əvvəl başlayıb. Hələ 2012-ci ildə feyr-pley qaydaları ilə mübarizə üçün rəhbərlik “Uzun ox” adlı layihə hazırlayıb. Klub transfer bazarında xərclənən külli miqdarda vəsaitə görə cərimələnə bilərdi. Buna görə də, icraçı direktor Ferrano Sorianoya tapşırılmşdı ki, cərimədən yayımağın yollarını axtarsın. Soriano ehtiyatlı davranmağı məsləhət gördü. Əks halda, Manchester City “futbolun düşməni “kimi tanına bilərdi. Klubun sahibi şeyx Mənsur ilk 4 il ərzində kluba 1,1 milyard avro xərcləmişdi. Həmin məbləğin 300 milyonu yeni futbolçuların alınmasına sərf edilmşdi. İcraçı direktorun layihəsi əsasında klubun törəmə müəssisəsi yaradıldı. Klubun xərcləri və aksiyaları buradan idarə olunurdu. Əsas məqsəd xərcləri klubun büdcəsindən ayrı saxlamaq idi. "Mançester Siti" futbolçularının marketinq hüququnu “Fordham Sports Management” şirkətinə satdı. Halbuki qaydalara görə, bütün klublar öz məqsədi üçün istifadə etdiyi futbolçuya pul ödəməlidir. Bu addım 30 milyon avro qənaət etməyə imkan verdi. Klub rəhbərliyi hesab edirdi ki, feyr-pley qaydalarına əməl edir, qanunsuz iş görmür. Amma UEFA araşdırmalarına davam edirdi. Yaşanan qalmaqal səbəbindən "Mançester Siti" ali futbol qurumunu və araşdırma aparan mütəxəssisləri məhkəmə ilə hədələdi. Lakin hənin vaxt UEFA prezidenti olan Canni İnfantino ilə gizli sövdələşmələr klubun sanksiyadan yaxa qurtarmasına imkan verdi.