“Beşiktaş”ın keçən mövsüm 22,5 milyon avro müqabilində “Everton”a satdığı Cenk Tosunun İngiltərə təmsilçisindən ayrılmaq ehtimalı güclənib.
Offsideplus.az “Liverpool Echo” nəşrinə istinadən xəbər verir ki, “Everton”da az şans qazanmasından məmnun olmayan türkiyəli hücumçu klubdan ayrılmaq istəyir.
Xəbərdə Tosuna şans verməyən baş məşqçi Marko Silvanın qərarından dönməyəcəyi, onun “Beşiktaş”a qayıdacağı bildirilir.
Bu mövsüm “Everton” formasıyla 10 oyunda iştirak edən 27 yaşlı futbolçu, 2 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.