İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Lids" və "Mançester Siti" klubları üz-üzə gəlir.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in heyətində Erlinq Holand bu matçda meydanda olmayacaq.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola norveçli hücumçunun komandanın heyətinə daxil edilməməsinin səbəbini açıqlayıb: “İki gün əvvəl, məşqin lap sonunda Erlinqdə problem yarandı, kiçik bir zədə aldı. Ciddi deyil, ancaq bugünkü oyuna hazır deyil”.

Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir.