"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner İngiltərə Premyer Liqası rekordunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, 40 yaşlı futbolçu "Brentford"a qarşı keçirilən matçda meydana çıxmaqla elitada 654-cü oyununu keçirib.
Təcrübəli yarımmüdafiəçi bu göstərici ilə Qaret Barrini (653 oyun) geridə qoyaraq Premyer Liqa tarixində ən çox oyun keçirən futbolçu adına sahib çıxıb.
Qeyd edək ki, təcrübəli oyunçu karyerası ərzində "Lids" (48 oyun), "Nyukasl" (94 oyun), "Aston Villa" (100 oyun), "Mançester Siti" (147 oyun) və "Liverpul" (230 oyun) kimi klubların şərəfini qoruyub.



