Belçikalı futbol ulduzu Eden Hazard Premyer Liqa ilə La Liqa arasındakı fərqlər barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, keçmiş “Çelsi” və “Real Madrid” futbolçusu İngiltərə çempionatının daha fiziki, İspaniya La Liqasının isə daha texniki olduğunu bildirib.

Hazard La Liqada oyunu idarə etməyin daha mümkün olduğunu, Premyer Liqada isə fasiləsiz yüksək temp tələb olunduğunu vurğulayıb:

“Premyer Liqa daha fiziki liqadır, heç vaxt qaçmağı dayandırmırsan. La Liqa isə daha texnikidir. Madrid-də oyunu idarə edə bilirsən, amma Premyer Liqada 90 dəqiqə tam sürətlə oynamaq məcburiyyətindəsən.”

Qeyd edək ki, Eden Hazard karyerasının ən parlaq dövrünü “Çelsi” ilə Premyer Liqada keçirmiş, daha sonra “Real Madrid”ə transfer olunmuşdu.