Misirli hücumçu Mohamed Salah mövsümün sonunda “Liverpul”dan ayrılmağa hazır görünür.
Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqası Salahı transfer etmək planlarını irəli aparmaq niyyətindədir və misirli ulduz üçün ciddi təklif hazırlanır.
Bu transferin baş tutacağı təqdirdə, “Liverpul” tarixinin ən önəmli futbolçularından biri komandadan ayrılmış olacaq.



