“Liverpool” klubunun rəhbərliyi baş məşqçi Arne Slotla bağlı diqqətçəkən qərar verib.
Offsideplus.az xəbər verir ki, İngiltərə mətbuatında yayılan məlumatlara görə, klub rəhbərliyi niderlandlı mütəxəssisdən Premyer Liqa titul yarışına fokuslanmamağı, əsas diqqəti isə FA Kuboku və UEFA Çempionlar Liqasına yönəltməyi tələb edib.
Arne Slot bu mövsüm heç bir kubok qazana bilməsə və eyni zamanda komandanı növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazandıra bilməsə, mövsümün sonunda vəzifəsindən uzaqlaşdırıla bilər.
Qeyd olunur ki, klub rəhbərliyi komandanın avrokuboklarda uğurunu prioritet hesab edir və Premyer Liqa titulunun hazırkı mərhələdə əsas məqsəd kimi görülmədiyi bildirilir.


