“Mançester Siti” rəhbərliyi Pep Qvardiolanın klubdan ayrılması ehtimalını nəzərə alaraq mümkün varislər üzərində düşünməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, klub daxilində hələlik yekun qısa siyahının olmadığı bildirilsə də, bir neçə məşqçinin adı ciddi şəkildə müzakirə olunur.

Mümkün namizədlər arasında aşağıdakı mütəxəssislər yer alır:

  • Xabi Alonso

  • Enzo Mareska

  • Vinsent Kompani

  • Andoni İraola

  • Sesk Fabreqas

  • Françesko Farioli

  • Yulian Nagelsmann

Klub rəsmiləri hazırda konkret qərar verilmədiyini və Qvardiolanın gələcəyi ilə bağlı vəziyyətin izlənildiyini vurğulayıb.