"Liverpul"un müdafiəçisi Vircil Van Deyk gündəmdəki məsələlərə toxunub.

Offsideplus.az xəbər verir ki, o, baş məşqçisi Arne Slotu müdafiə edib:

“Arne Slotdan Xabi Alonso haqqında soruşmaq hörmətsizlik idi.

Bu mövsüm, xüsusən də keçən mövsümlə müqayisədə nələr etdiyimizə baxsanız, tənqidlər əsaslıdır. Mövsümün bizim üçün çətin keçən dövrüdür, lakin o, bunun öhdəsindən yaxşı gəldi”.

Qeyd edək ki, "Marsel"lə oyundan sonra jurnalistlər Slota Xabi Alonsonun "Liverpul"a gələ biləcəyi ilə bağlı suallar vermişdi.