“Mançester Yunayted” növbəti daimi baş məşqçi postu üçün namizədlər siyahısına Dortmundun hazırkı baş məşqçisi Niko Kovaçın adını daxil edib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi yeni mövsüm üçün uzunmüddətli layihə qurmaq məqsədilə bir neçə variantı dəyərləndirir və Kovaç da bu siyahıda yer alan mütəxəssislərdən biridir.
Hazırda qərar verilməsə də, “qırmızı şeytanlar”ın yaxın dövrdə baş məşqçi məsələsində konkret addımlar atacağı gözlənilir.


