"Kristal Palas"ın müdafiəçisi Mark Qexi "Mançester Siti"yə qoşulmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, klublar son iki saat ərzində bu keçidi tamamlamaq üçün böyük addım atıblar.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MS bu qış artıq bir transferi rəsmiləşdirib. Antuan Semenyo Mançester təmsilçisinə qoşulub.
Qexi transferi tamamlansa, onların ikinci keçidi olacaq.


