Portuqaliyanın 2-ci Liqasında mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, "Tondela" və "Alverka" klubları yuxarı liqaya yüksəliblər.
Son turda "Portimonense"ni 2:1 hesabı ilə məğlub edən "Alverka" mövsümü 2-ci yerdə başa vuraraq bunu bacarıb. Onlar 21 ildən sonra ilk dəfə yüksək dəstədə çıxış edəcək.
Əlavə edək ki, bu klubun 80 faizinin sahibi "Real Madrid"in futbolçusu Vinisius Junior və partnyorlarıdır. O, bu ilin fevralından klubun sahibidir.