"Benfika"nın ulduzu komandadan ayrılmaq qərarı verib.

Offsideplus.az xəbər verir ki, Nikolas Otamendi klubla müqaviləsini yeniləməyəcək. Bu barədə "CNN" məlumat yayıb.

Futbolçu mövsümün sonunda Portuqaliya təmsilçisindən ayrılacaq.

Argentinalının karyerasına Avropada davam etmək istədiyi qeyd olunub.