Kristiano Ronaldo Pepe barədə paylaşım edib.

Offsideplus.az xəbər verir ki, Ronaldo portuqaliyalının karyerasını bitirməsi ilə bağlı bu sözləri deyib:

"Mənim üçün nə qədər dəyərli olduğunu sözlərlə ifadə edə bilmərəm, dostum. Meydanda qazana biləcəyimiz hər şeyi qazandıq. Lakin ən böyük nailiyyət dostluğumuz və sənə olan hörmətimdir. Sən bənzərsizsən, qardaşım. Hər şey üçün çox sağ ol".