"Benfika" klubunda icarə əsasında çıxış edən PSJ-nin futbolçusu Yulian Draksler mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.

Offsideplus.az xəbər verir ki, Almaniya millisinin üzvünün ayağından əməliyyat prosesi keçəcəyi bildirilib.

Qeyd edək ki, Draksler bu mövsüm Portuqaliya klubunda bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol vurub.