Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Emin Mahmudov “sports.ru”ya müsahibə verib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi bildirib ki, Ağdam klubunun öz oyun üslubu var: “Onlar istənilən rəqibi öz tərzlərinə uyğunlaşdıra, öz istədikləri kimi oynamağa məcbur edə bilirlər. Məsələn, “Qarabağ”la qarşılaşan rəqiblər meydanda daha çox topsuz qaçmaqla məşğul olurlar. Hətta “Zenit” də gəlsə, eyni şey olacaq”.

Emin Mahmudov "atlılar"ın avrokuboklardakı çıxışına da toxunub: "Rusiya klublarından fərqli olaraq, “Qarabağ” hər il avrokuboklarda qrup mmərhələsində çıxış edir. Bu il onlar Polşa çempionunu 5:1, İsveçrə çempionunu 3:2, Macarıstan çempionunu səfərdə 3:1 hesabı ilə məğlub etdilər. Əgər onlar Avropanın böyük klublarının forması ilə meydana çıxsalar, insanlar fərqi hiss etməz".