Milli komandamızın və “Turan”ın keçmiş qapıçısı Nizami Sadıqov "Pressinq" verilişinin qonağı olub.
Offsideplus.az xəbər verir ki, Nizami Sadıqov ikinci dəfə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (İFFHS) rekordlar siyahısına düşüb. İlk dəfə qoruduğu qapıdan 1106 dəqiqə top buraxmadığı üçün İFFSH-in siyahısına düşən N.Sadıqov bu dəfə qapıçı kimi vurduğu qolların sayına görə rekordçular sırasında yer alıb. Həmyerlimiz İFFSH-in 10 qapıçı üçün açıqladığı sıralamada sonuncudur. N.Sadıqovun hesabında 21 qol var və bunlardan 12-ni penaltidən vurub. Ümumiyyətlə, Azərbaycan çempionatda 222 oyun keçirən N.Sadıqov qapıçı kimi 8 qol vurub. 26 görüşdə isə sahə oyunçusu kimi meydana çıxaraq 13 dəfə fərqlənib.