Bu gün futbol üzrə Misli Premyer Liqasının XXIII turu çərçivəsində “Neftçi” “Turan Tovuz”u qəbul edəcək.

Hər iki klubun mətbuat xidmətindən Offsideplus.az saytının sorğusuna cavab olaraq bildirilib ki, komandalarda zədəli yoxdur.

Yalnız “Neftçi”nin heyətində Mustafa Sek cəza səbəbindən oynamayacaq.

Qeyd edək ki, “Palms Sports Arena”da keçiriləcək matç saat 20:30-da start götürəcək. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb.