"Qarabağ" sabah daha bir tarixi matça çıxacaq.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Frankfurt "Ayntraxt" ilə qarşılaşacaq.
Bu görüş Qurban Qurbanovun komandasının Çempionlar Liqasında taleyinə böyük ölçüdə aydınlıq gətirəcək.
"Ayntraxt"la matç "Qarabağ"ın Almaniya klublarına qarşı 11-ci sınağı olacaq.
İndiyə qədər keçən oyunları o qədər də uğurlu adlandırmaq olmaz. Bu görüşlərdə təmsilçimiz cəmi 2 heç-heçə edə bilib.
Digər oyunların hamısında məğlub olub.
İlk alman rəqibimiz Dortmund "Borussiya"sı, sonuncu isə Leverkuzen "Bayer"i olub.
Onlar bu oyunlarda 8 qol vurub, qapısında 23 qol görüb. Ən çox qol vuranlar hərəyə 2 dəfə olmaqla Juninyo və Ovusu Kvabenadır.
Bütün oyunlar və nəticələri belədir:
2010/2011 mövsümü, Avropa Liqası, Pley-off mərhələsi
"Borussiya" (Dortmund) - "Qarabağ" 4:0 (19 avqust 2010)
"Qarabağ" - "Borussiya" (Dortmund) 0:1 (26 avqust 2010)
2013/2014 mövsümü, Avropa Liqası, Pley-off mərhələsi
"Qarabağ" - "Ayntraxt" (Frankfurt) 0:2 (22 avqust 2013)
"Ayntraxt" (Frankfurt) - "Qarabağ" 2:1 (29 avqust 2013) — Qol: Reynaldo
2022/2023 mövsümü, Avropa Liqası, Qrup mərhələsi
"Frayburq" - "Qarabağ" 2:1 (8 sentyabr 2022) — Qol: Ovusu Kvabena
"Qarabağ" - "Frayburq" 1:1 (3 noyabr 2022) — Qol: Ovusu Kvabena
2023/2024 mövsümü, Avropa Liqası, Qrup mərhələsi:
"Bayer" (Leverkuzen) - "Qarabağ" 5:1 (26 oktyabr 2023) — Qol: Toral Bayramov
"Qarabağ" - "Bayer" (Leverkuzen) 0:1 (9 noyabr 2023)
2023/2024 mövsümü, Avropa Liqası, 1/8 Final:
"Qarabağ" - "Bayer" (Leverkuzen) 2:2 (7 mart 2024) — Qollar: Yassin Benzia, Juninyo
"Bayer" (Leverkuzen) - "Qarabağ" 3:2 (14 mart 2024) — Qollar: Abdullah Zubir, Juninyo


