La Liqanın 30-cu turunun dünən keçirilən “Sevilya” – “Barselona” matçında (0:0) qalmaqal yaşanıb.

Offsideplus.az xəbər verir ki, birinci hissənin sonlarında meydan sahiblərinin futbolçusu Dieqo Karlosun Luis Suaresə qarşı kobud oyunundan sonra Lionel Messi əsəbi halda, nəsə deyərək Karlosun üzərinə gedib və onu itələyərək yıxıb.

Bundan sonra bəzi futbolçular arasında kiçik qarşıdurma yaranıb. Nəticədə hakim Serxio Buskets və Fernandoya sarı vərəqə göstərib.