"Çelsi" klubunun ispaniyalı futbolçusu Pedro Rodriqes komandasını tərk etməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Roma"ya keçməyə qərar verib. Onun İtaliya klubu ilə 2+1 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib. Müqavilənin detallarını müzakirə etdikdən sonra ispan futbolçunun artıq mövsümün qalan hissəsində "Çelsi"də oynamaq istəmədiyi bildirilib.

Qeyd edək ki, Pedronun London təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.