"Yuventus" klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo İtaliya kubokunun yarımfinal matçı çərçivəsində "Milan"la cavab oyunu öncəsi "İnstaqram"dakı paylaşımı ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, futbolçu, şəxsi səhifəsində stadionda azarkeşləri salamladığı şəkil paylaşıb və azarkeşlərlə bağlı bu sözləri yazıb:

"Harada olursunuzsa olun, biz həmişə birlikdə olacağıq".

Qeyd edək ki, "Yuventus" - "Milan" görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.