Şotlandiya Premyer Liqasında mövsüm başa çatıb.
Offsideplus.az xəbər verir ki, futbol federasiyası koronavirus səbəbindən çempionatın dayandırılmasını münasib bilib.
Premyer Liqada çıxış edən klubların rəhbərləri qərarı dəstəkləyiblər. “Reyncers”dən 13 xal öndə olan “Seltik”i çempion elan edib. Bununla Qlazqo təmsilçisi ardıcıl 9-cu çempionluğunu qazanıb.
Qeyd edək ki, sonuncu pillənin sahibi “Harts” isə aşağı liqaya göndərilib.