UEFA Millətlər Liqası 2020-2021 mövsümü təxirə salınır. 

Offsideplus.az “The Independent”ə istinadən xəbər verir ki, Avropanın bəzi ölkələrində karantin rejiminin yumşaldılması müşahidə olunsa da, infeksiyanın yayılma ehtimalı davam edir. Bu səbəbdən də sentyabr və oktyabr aylarına nəzərdə tutulan qarşılaşmalar baş tutmayacaq.

Qeyd edək ki, C liqasında Kipr, Monteneqro və Lüksemburq seçmələri ilə I qrupda mübarizə aparan Azərbaycan yığması ilk oyununu sentyabrın 5-də evdə Lüksemburqa qarşı keçirməlidir.