Bosniya və Herseqovinanın "Çelik" klubunu çalışdıran Türkiyəli məşqçi Ümit Özat Azərbaycandan təklif aldığını bildirib.
Offsideplus.az xəbər verir ki, işçi vizası ala bilmədiyi üçün komandadan ayrılacağını söyləyən Özat koronavirus pandemiyasından əvvəl ölkəmizə gəldiyini açıqlayıb:
44 yaşlı mütəxəssis "İnstagram" səhifəsində canlı bağlantı zamanı hələ də Azərbaycandan təklifinin olduğunu söyləyib: "Koronavirus xəstəliyi yayılmamışdan əvvəl Azərbaycan və İrana yollanmış, oradakı komandalarla təmasım olmuşdum. Koronavirusa görə bu məsələ donduruldu. Problem yoluna qoyulduqdan sonra yenidən məsələni müzakirə edəcəyik. Karyeramı Türkiyədə və ya qonşu ölkələrdən birində davam etdirə bilərəm".
Qeyd edək ki, bir müddət əvvəl Ümit Özatın "Sabah"ı çalışdıracağı barədə xəbərlər yayılmışdı.