"Yuventus" koronavirus pandemiyası səbəbindən ölkəsinə yollanan əcnəbi futbolçularını geri çağırıb.

Offsideplus.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin yarımmüdafiəçisi Miralem Pyaniç Turinə ilk gələn futbolçu olub. 30 yaşlı orta sahə oyunçusu iki həftə karantin rejimində qalacaq. A seriyası təmsilçisi mayın əvvəllərində məşqləri bərpa etməyi planlaşdırır.

Hücumçu Kriştianu Ronaldo da daxil olmaqla həftə ərzində digər oyunçuların da İtaliyaya qayıtması gözlənilir.